Şəkidə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib 

Şəkidə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib 
16:07 04-12-2020 | icon 173

Vətən Müharibəsində şəhid olanların xatirəsi Şəkidə bir dəqiqəlik sükutla yad edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, sükut zamanı hərəkət dayandırılıb və avtomobillər siqnallar verib.

Həmçinin, şəhərin Cümə məscidində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr edilən anım mərasimi keçirilir.