“Universiteti iki ilə bitirən də müəllim hesab olunur, beş ilə bitirən də” – VİDEO

“Universiteti iki ilə bitirən də müəllim hesab olunur, beş ilə bitirən də” – VİDEO
22:21 30-11-2020 | icon 361

Pandemiya ilə əlaqədar artıq bir müddətdir ki, təhsil müəssisələrinin, o cümlədən uşaq bağçalarının fəaliyyətinin dayanması uşaq inkişaf və uşaq tədris mərkəzlərinə tələbatı artırıb.

ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı ətraflı sujet yayımlanıb.

Məsələ ilə bağlı danışan ekspert Rasif Dünyamalıyev bu gün bazarda hər qiymətə inkişaf mərkəzi olduğunu deyib: “Bunu bazar özü tənzimləyir, çünki ehtiyac var”.

Təhsil eksperti Kamran Əsədov işə qəbulun hər hansı vakansiya vasitəsilə deyil, daxili qaydada olduğunu vurğulayıb: “Kimlərsə fərdi qaydada bu prosesi həyata keçirirlər. Bir çox hallarda bəziləri “YouTube”dan və yaxud digər informasiya mənbələrindən həmin sahə üzrə müəyyən informasiya əldə edib bu və digər xidmətləri göstərirlər. Getdiyimiz özəl uşaq inkişaf mərkəzlərində dolayısı yolla da olsa, deyilənləri təsdiqləyirlər. İşə qəbul zamanı savada deyil, qohum-tanışa üstünlük verilir”.

Ətraflı süjetdə: