Vilayət Eyvazov Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin etdi

17:28 30-11-2020
|
415

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib. milletinsesi.info-ın əldə etdiyi məlumata görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis general-mayoru Teymur Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.
O, bundan əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
DİN-in Mətbuat Xidmətindən məlumatı milletinsesi.info-a təsdiqləyiblər.