SOCAR-ın İkinci Qarabağ müharibəsində mübarizə aparan əməkdaşları - FOTO/VİDEO

SOCAR-ın İkinci Qarabağ müharibəsində mübarizə aparan əməkdaşları - FOTO/VİDEO
17:56 28-11-2020 | icon 299

Dövlət Neft Şirkəti İkinci Qarabağ müharibəsində iştirak edən əməkdaşları ilə bağlı məlumatları bölüşüb.

SOCAR əmakdaşları Rüfət Rüstəmov və Salman Kərimlinin döyüşlərdə hər birinin özünəməxsus keyfiyyətləri ilə mübarizə apardıqları bildirilib. Qeyd edilib ki, Qarabağda 44 gün qələbə savaşında müzəffər Azərbaycan ordusu hərbi texnika ilə yanaşı müasir rəqəmsal texnologiya ilə də təchiz edilib. SOCAR-ın İnsan Resursları Departamentinin Testləşdirmənin təşkili şöbəsinin rəisi, Milli Ordunun ehtiyatda olan baş leytenantı Salman Kərimli İkinci Qarabağ Savaşının ilk günlərindən ön cəbhədə radio-rabitə tağım komandiri kimi xidmətdədir:

“O cəbhə xəttində rabitə əlaqəsinin peşəkar səviyyədə təşkil edilməsində əməyi keçən həmkarımızdır. Torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarında radio-rabitə əlaqəsinin mükəmməl səviyyədə qurulması qələbənin əldə edilməsinə bizi daha da yaxın etdi”.

Eləcə də, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən SOCAR-da təhsilə və işə cəlb edilmiş, mənzillə təmin olunmuş qəhrəman Rüfət Rüstəmovd haqqında məlumat verilib:

“10 ildən çox Heydər Əliyev adına NEZ-də 55-ci qurğuda operator işləyən vətənpərvər qardaşımız Qarabağın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş könüllü əsgərdir. İkinci Qarabağ Müharibəsi başlayan ilk gündən əks-hücum əməliyyatlarında peşəkar topçu Rüfət ağır döyüşlərdə düşmənin qənimi olub. Ağdam, Füzuli, Hadrut, Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən qardaşımız cəbhə yoldaşları ilə Kəlbəcərə qədər gedib”.

Əlavə edilib ki, SOCAR bu gün də silahı yerə qoymayan həmkarı ilə fəxr edir və sonsuz qürur hissi keçirir.