Rusiya əvvəldən Ermənistanın işğal etdiyi bir sıra bölgələrin Azərbaycana verilməsini dəstəkləyib

Rusiya əvvəldən Ermənistanın işğal etdiyi bir sıra bölgələrin Azərbaycana verilməsini dəstəkləyib
20:49 29-10-2020 | icon 14660

Rusiya əvvəldən Ermənistan tərəfindən tutulmuş Azərbaycanın “beş və daha iki” rayonun qaytarılmasının mümkünlüyündən danışırdı. “İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “VTB Kapital”ın “Rusiya çağırır!” investisiya forumunun plenar iclasında deyib.

“Bizim mövqeyimiz tamamilə açıqdır, biz əvvəldən Qarabağ zonası üçün müəyyən rejimin, Ermənistanla qarşılıqlı əlaqə və.s təmin olunması ilə Azərbaycana beş üstəgəl iki rayonun qaytarılması mövqeyindən çıxış etmişik”, - deyə V.Putin bildirib.

O, münaqişənin etnik toqquşmalarla başladığını və Sovet İttifaqı rəhbərliyinin insanların təhlükəsizliyini təmin etmək üçün heç bir təsirli bir tədbir görmədiyini xatırladıb: “Bəs Azərbaycan nədən danışır? İstənilən halda yeddi rayonun nə etnik münaqişə, nə də Ermənistanla heç bir əlaqəsi olmamasından. Bunlar əzəli Azərbaycan torpaqlarıdır. Azərbaycan deyir: biz bu əraziləri geri qaytarmaq hüququna sahibik.

Dağlıq Qarabağda uzunmüddətli nizamlanma yalnız Azərbaycan və Ermənistan arasında maraqlar balansına riayət olunmaqla mümkündür. Uzun müddətli həll (Dağlıq Qarabağda) nədə və ya haradadır? Mən indi sizin sualınızın əsl mahiyyətə gəlirəm. Hər iki tərəfi razı salan maraqlar balansını tapmaq üçün bizim sonsuz hörmətlə yanaşdığımız Azərbaycan xalqı kimi, erməni xalqının maraqları da nəzərə alınmalıdır.

Artıq üç onillikdir ki, davam edən bu münaqişə hər iki tərəfə effektiv şəkildə inkişaf etməyə imkan vermir", - deyə Rusiya Prezidenti Vladimir Putin bildirib.

O qeyd edib ki, birinci mərhələdə hərbi əməliyyatları dayandırmaq, insan ölümünə son qoymaq və danışıqlar masası arxasına oturmaq lazımdır: "Minsk qrupu və onun həmsədrləri - Rusiya, ABŞ və Fransa tərəfindən hazırlanmış təkliflər əsasında, Minsk qrupunun digər iştirakçılarının iştirakı ilə birgə iş əsasında konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar" .