Ərdoğan: “Terrorla mübarizəmizi davam etdirəcəyik”

Ərdoğan: “Terrorla mübarizəmizi davam etdirəcəyik”
02:21 27-10-2020 | icon 82

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Hatayda baş verən terror aktı ilə əlaqədar fikirlərini bölüşüb. 

O, bununla bağlı rəsmi “Twitter” hesabında paylaşımlar edib. 

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə bu cür hücumların təşkil edildiyi, idarə olunduğu, məşğul edildiyi ölkə deyil:

“Təhlükəsizlik qüvvələrimizin səyi nəticəsində həm sərhədlərimiz daxilində, həm də xaricində terrorçulara və onları dəstəkləyənlərə qarşı mübarizəmizi davam etdirəcəyik”.

Digər paylaşımında Türkiyə prezidenti Hatayda həyata keçirilən uğurlu terrorla mübarizə əməliyyatı səbəbindən qəhrəman təhlükəsizlik qüvvələrinin əməkdaşlarını təbrik edib.