Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək

Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək
00:14 26-10-2020 | icon 14147

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun İsveçrəyə səfər edəcəyi gözlənillir. 

Səfər 29 oktyabr tarixinə planlaşdırılıb.

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Görüşün mövzusu Dağlıq Qarabağ münaqişəsidir. 

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri  oktyabrın 24-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşlərində iştirak etdikləri qeyd edilir. 

ATƏT-in Minsk qrupunun həmsədrləri və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə yenidən bir araya gələrək, razılaşdırılmış vaxt cədvəlinə uyğun olaraq, Azərbaycan və Ermənistan liderlərinin qəbul etdikləri baza prinsiplərinə uyğun şəkildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək və həyata keçirməyə başlamaq barədə razılığa gəliblər.