Tramp: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə asanlıqla nail ola bilər”

Tramp: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə asanlıqla nail ola bilər”
22:56 25-10-2020 | icon 169

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə asanlıqla nail ola bilər”.

TASS-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Nyu-Hempşir ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

D.Tramp Vaşinqtonun Bakı ilə Yerevan arasında münaqişənin sülh yolu ilə həll edilməsi üzərində işlədiyini bildirib.

“Hər şeyi qaydasına salacağıq. Bu, dediyim kimi, asanlıqla baş verməlidir. Əgər nə etdiyini bilirsənsə, bu asan olacaq”, - deyə ABŞ lideri qeyd edib.