Ermənilərin törətdiyi Naftalan faciəsi rusiyalı jurnalisti dəhşətə gətirdi - VİDEO

Ermənilərin törətdiyi Naftalan faciəsi rusiyalı jurnalisti dəhşətə gətirdi - VİDEO
13:21 21-10-2020 | icon 163

Rusiyalı jurnalist Vaseli Polanovski cəbhəyanı bölgələri gəzdikcə gördüklərindən dəhşətə gəlib.

Baku TV xəbər verir ki, jurnalist dinc sakinlərin atəşə tutulmasından xəbərsiz olduğunu bildirib.

Ermənilərin Naftalana atdığı top atəşi nəticəsində baş verən ailə faciəsi jurnalisti sarsıdıb.

Xatırladaq ki, 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan şəhərinin Qaşaltı kəndinin sakini, 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar.