Hacıqabulda ruhi xəstə yanaraq öldü

Hacıqabulda ruhi xəstə yanaraq öldü
00:28 17-10-2020 | icon 324

Hacıqabul şəhəri Natəvan küçəsi, ev 6-da ölüm hadisəsi qeydə alınıb. 

APA-nın məlumatına görə, Hacıqabul şəhər sakini, 1969-cu il təvəllüdlü Kərimov Yavər Abuzər oğlu yaşadığı fərdi yaşayış evinin otaqlarından birində qapını arxadan bağlayaraq özünü yandırıb. 

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.