Güllə yağışı altında məhsul yığımı ilə məşğul olan Azərbaycan qadını - FOTO

Güllə yağışı altında məhsul yığımı ilə məşğul olan Azərbaycan qadını - FOTO
20:56 16-10-2020 | icon 205

Hazırda cəbhə boyu davam edən döyüş əməliyyatları kənd təsərrüfatındakı mövsümi işlərə mane ola bilməyib. 

Belə ki, Ağdam və Bərdə rayonları arasındakı əkin sahələrində ənənəvi məhsul yığımı həyata keçirilir. Mərd və qorxmaz Azərbaycan qadınları düşmənin mülki əhalini hədəfə almasına baxmayaraq, işlərini davam etdirirlər. Qadınlar deyir ki, eşitdikləri güllə səsləri, atılan raketlər onları qorxuda bilməz. 

Ramil Zeynalov