Rusiyalı gənc aktyor hovuzda boğuldu - VİDEO

Rusiyalı gənc aktyor hovuzda boğuldu - VİDEO
13:49 08-10-2020 | icon 1285

Rusiyalı aktyor Rinat Kafiyatullin  Moskvada fitnes-mərkəzlərin birində hovuzda boğulub.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

İlkin ehtimallara görə, gənc aktyor suda olarkən özünü pis hiss edib və batmağa başlayıb.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

Məlumata görə, onun 26 yaşı olub. O, Vyaçesslav Spesitsevin gənclər teatrında çalışıb və rus klassiklərinin əsərləri əsasında hazırlanan tamaşalarda baş rolları oynayıb.