Siqaret tüstülədən xərçəng sosial şəbəkədə fenomen oldu

Siqaret tüstülədən xərçəng sosial şəbəkədə fenomen oldu
05:07 24-09-2020 | icon 106

Qısqaclarında tutduğu siqareti tüstülədə-tüstülədə çimərlikdə gəzən xərçəng barədə görüntülər böyük maraq yaradıb.

DNA-nın məlumatına görə, video Hindistan Meşə Xidmətinin zabiti Susanta Nanda tərəfindən çəkilib.

“Xərçəng siqaret çəkir, bu xərçəng xəstəliyi ilə nəticələnə bilər. Bu dəhşətli yuxu kimidir”, - deyə Nanda videoya şərh yazıb.

Sosial şəbəkə istifadəçiləri videonu birmənalı qarşılamayıb. Bəziləri görüntülərin məzəli olduğunu düşünsə də, bir çoxları ətrafı zibilləməyin acı fəsadlarından söz açıb.