İmişli sakinini Bakıda bıçaqladılar

İmişli sakinini Bakıda bıçaqladılar
23:49 23-09-2020 | icon 197

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə 8-ci km ərazisində qeydə alınıb.

İmişli rayon sakini, 24 yaşlı Cəfərov Mehdixan Rasim oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.