Bir neçə Avropa dövləti Lukaşenkonun legitimliyini tanımadı

Bir neçə Avropa dövləti Lukaşenkonun legitimliyini tanımadı
16:35 23-09-2020 | icon 158

Almaniya, Slovakiya, Litva və Latviya Lukaşenkonun legitimliyini tanımayıb.

Almaniya Aleksandr Lukaşenkonu andiçməsindən sonra da, Belarusun qanuni prezidenti hesab etmir.

Bu, barədə “Deutsche Welle” xəbər yayır.

Slovakiya da Lukaşenkonın legitimliyini tanımaqdan imtina edib. Bu barədə ölkənin Xarici İşlər naziri İvan Korçok “Twitter” hesabında yazıb.

Eyni açıqlamanı Litva Prezidenti Qitanas Nauseda da verib:

“Belarusda prezident seçkiləri nə azad, nə də ədalətli keçib. Onların nəticəsi qanunsuzdur. Heç bir təmtəraqlı və ya gizli mərasim bu həqiqəti dəyişdirə bilməz”.