Türkiyədə insanlar üzərində test edilən koronavirus peyvəndindən xəbər var

Türkiyədə insanlar üzərində test edilən koronavirus peyvəndindən xəbər var
14:42 23-09-2020 | icon 154

Türkiyənin Hacettepe Universitetində keçən həftə könüllülər üzərində sınaqdan keçirilən koronavirus peyvəndinin ciddi yan təsirləri yoxdur.

Sondakika.com xəbər verir ki, professor Murad Akova peyvəndin ilk olaraq 20 səhiyyə işçisi üzərində sınaqdan keçirildiyini bildirib.

Onun sözlərinə görə, bütün peyvəndlərdə olduğu kimi bunda da yüngül halsızlıq, peyvənd edilən yerdə xəfif ağrı hiss etmək mümkündür:

“Hələlik bir problem yoxdur”.

Qeyd edilir ki, peyvənd olunanlar 14 gün sonra təkrar olaraq, bir doza peyvənd ediləcəklər.

28 və 42-ci günlərdə həmin şəxslərdən qan götürüləcək və onlarda anticisim olub-olmadığına baxılacaq. Periodik olaraq bu xəstələr izlənəcək və analizlər götürüləcək. Prosesin yeddi aya qədər davam edəcəyi bildirilir.

Mütəxəssis qeyd edib ki, dünyanın heç bir yerində hələ tam etibarlı peyvənd mövcud deyil.