“Neftçi” 20 yaşlı türkiyəli futbolçu ilə anlaşdı

“Neftçi” 20 yaşlı türkiyəli futbolçu ilə anlaşdı
18:35 19-09-2020 | icon 191

“Neftçi” növbəti transferini reallaşdırıb.

Klubun rəsmi saytı xəbər verir ki, türkiyəli mərkəz müdafiəçisi Mert Çeliklə iki il müddətinə müqavilə bağlanıb.

20 yaşlı futbolçu icarə əsasında “ağ-qaralar”ın heyətində çıxış edəcək. O, 20 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, müqavilə ilə Türkiyənin “İstanbul Başakşehir” klubuna məxsus olan Mert Çelik Azərbaycanın U-21 milli komandasının üzvüdür.