Əli Həsənov Dubayda görüntülənib? - Türkiyənin dövlət qəzeti onu “FETÖ”çü adlandırdı

Əli Həsənov Dubayda görüntülənib? - Türkiyənin dövlət qəzeti onu “FETÖ”çü adlandırdı
16:31 15-09-2020 | icon 697

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda görüntülənib.

Xatırladaq ki, Əli Həsənov bir neçə gün öncə "Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsində müalicə aldığını bildirmişdi. Əldə etdiyimiz son məlumata görə isə Əli Həsənov artıq Türkiyəni tərk edib və Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. 

Sfera.Az Dubaydakı mənbələrdən əldə etdiyi məlumata görə Əli Həsənov Dubayın ən bahalı çimərlik istirahət mərkəzlərindən olan W oteldə səhər yeməyində görüntülənib.

Maraqlıdır, Türkiyə dövlətinin rəsmi qəzeti olan "Türkiyə qəzeti"nin Əli Həsənovla bağlı FETÖ ilə işbirliyi faktlarını ortaya çıxandan sonra Dubaya edilən səfər təsadüfdürmü?

Türkiyə dövlət qəzetində hazırlanan materialda Əli Həsənovun uzun müddətdir FETÖ-nün Azərbaycandakı ən vacib tərəfdaşlarından biri olduğu qeyd olunub. Bunun ən bariz nümunəsi kimi Azərbaycanda fəaliyyət göstərən “Xəzər” televiziyası ilə Həsənovun əlaqəsi göstərilir.

Azərbaycanda əvvəlcədən “Samanyolu” televiziyasının Baki bürosu kimi fəaliyyət göstərən “Xəzər” tv bank ASYA krediti ilə yerli yayım kanalına çevrilmiş və 2013 dekabr hadisələrindən sonra Həsənovla ortaqlıq etməyə başlamışdır.

17-25 dekabr aralığında Bakını ziyarət edən FETÖ təmsilçisi Faruk Taban Əli Həsənovla görüşərək FETÖ kadrlarının kanalında fəaliyyətinin davam etdirilməsini təmin olunub. SAMAN yolu televiziyasnın Türkiyədəki reklam departamenti rəhbəri Mehmet Özkundaqçının qardaşı Gökan Öztukdakçı idi və beləcə FETÖ “Xəzər” tv vasitəsilə Əli Həsənovla reklam gəlirlərinə də ortaq olmuş oldu- deyə əlavə olunub. Yazıda o da qeyd olunur ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və ona bütün hallarda dəstəkdir.

Qeyd edək ki, W oteli bütün dünyadan zəngin insanların yaşadığı və dincəldiyi Palm Jumeirah bölgəsində yerləşir.