Ukraynadan qanunsuz yolla Avropaya keçmək istəyən azərbaycanlı saxlanıldı

Ukraynadan qanunsuz yolla Avropaya keçmək istəyən azərbaycanlı saxlanıldı
11:49 14-09-2020 | icon 1267

Ukraynanın Zakarpatı vilayətindən Avropaya qanunsuz keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Aif.ua bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına istinadla xəbər yayıb.

Qanunu pozanlardan biri də Özbəkistan vətəndaşı olub.

Məlumatda qeyd edilir ki, həmin şəxslər “qanunsuz olaraq Ukrayna dövlət sərhədini keçmək və ya keçməyə cəhd”ə görə məsuliyyətə cəlb ediləcəklər.