Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyyə edilir

Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyyə edilir
09:49 14-09-2020 | icon 1275

Gürcüstandan daha 350 nəfərin Azərbaycana təxliyyəsi həyata keçirilir.

“Report” xəbər verir ki, onların ötən gün koronavirusla bağlı verdikləri testlərin nəticəsi neqativ çıxıb. Həmin şəxslərin 97-si Azərbaycan, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə və 1-i Ukrayna vətəndaşıdır.

Təxliyyə olunanlar hazırda Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır.

COVID-19 arayışı təqdim olunandan sonra onlar avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana 2 000-dən çox şəxs təxliyyə olunub.