Sumqayıt sakinindən silah götürüldü

Sumqayıt sakinindən silah götürüldü
12:42 14-08-2020 | icon 158

Sumqayıt sakinində silah aşkarlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini A.Məhərrəmov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış revolver tipli tapança və üç ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işinə başlanılıb.