Vyetnam Rusiyadan koronavirus vaksini alacaq

Vyetnam Rusiyadan koronavirus vaksini alacaq
11:00 14-08-2020 | icon 103

Vyetnam hökuməti Rusiyadan SARS-CoV-2 koronavurusu əleyhinə vaksin alacaq.

“Reuters” agentliyi bu barədə Vyetnam Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

“Eyni zamanda, Vyetnam COVID-19 əleyhinə öz peyvəndini inkişaf etdirməkdə davam edəcək", - deyə, nazirliyin məlumatında qeyd olunur.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dünyada ilk koronavirus əleyhinə peyvəndin qeydiyyatdan keçdiyini elan edib.

Preparat Rusiya Müdafiə Nazirliyinin və Qamaleya adına Elmi-Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən birgə hazırlanıb və “Sputnik V” adını alıb.