Koronavirusa yoluxan mer vəfat etdi

Koronavirusa yoluxan mer vəfat etdi
10:28 14-08-2020 | icon 102

Venesuelanın paytaxtı Karakasın 70 yaşlı meri Dario Vivas koronavirusdan vəfat edib.

Lenta.ru xəbər verir ki, bu barədə Venesuelanın Baş prokuroru Tarek Vilyam Saab “Twitter” hesabında məlumat yayıb.

D.Vivasın iyulun ortalarında COVID-19-a yoluxduğu aşkar edilib.

Qeyd edək ki, Venesuelada 30 369 nəfər koronavirusa yoluxub, 259 nəfər pandemiyanın qurbanı olub.