Belarusda iki mindən çox insan saxlanılıb

Belarusda iki mindən çox insan saxlanılıb
22:14 11-08-2020 | icon 161

Təkcə ötən gün ərzində Belarusda iki mindən çox insan saxlanılıb.

milletinsesi.info xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, avqustun 10-da müxtəlif internet resurslarında ölkənin müxtəlif yaşayış məntəqələrinin mərkəzi hissəsində icazəsiz tədbirlər keçirmək çağırışları səslənib. Daxili İşlər Nazirliyi asayişi qorumaq və ictimai təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlər həyata keçirib.