Hazırda “Neftçilər” metrostansiyasının yaxınlığında nəqliyyatın hərəkəti dayanıb

Hazırda “Neftçilər” metrostansiyasının yaxınlığında nəqliyyatın hərəkəti dayanıb
21:28 11-08-2020 | icon 173

Hazırda Bakının “Dakar” meydanında (“Neftçilər” metrostansiyasının yaxınlığı) nəqliyyatın hərəkəti dayanıb.

milletinsesi.info xəbər verir ki, buna səbəb nəqliyyat vasitələrinin çoxluğu və sürücülərin dairədə bir-birilərinə yol verməmələridir.

Bu səbəbdən hazırda “Dakar” dairəsində bütün istiqamətlərdə sıxlıq müşahidə olunur. Bu vəziyyətdən ən çox əziyyət çəkən isə ictimai nəqliyyat istifadəçiləridir. Avtobuslar sıxlıqda qaldığından sərnişinlər piyada gedir.