Neftçala sakini özünə qəsd edib

Neftçala sakini özünə qəsd edib
23:21 06-08-2020 | icon 193

Neftçala rayonunda intihar hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Neftçala şəhəri ərazisində qeydə alınıb.

Neftçala şəhər sakini, 1982-ci il təvəllüdlü Cəfərov Fərhad Qəfər oğlu özünü asaraq intihar edib. 

Faktla bağlı araşdırma aparılır.