Şəkidə “KamAZ” aşdı, yaralı var

Şəkidə “KamAZ” aşdı, yaralı var
22:56 06-08-2020 | icon 205

Şəkidə xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Salman Mümtaz küçəsində baş verib.

Zaqatala rayon Bəhmətli kənd sakini, 31 yaşlı Orxan Qazıyev idarə etdiyi “KamAZ” markalı yük avtomobilini aşırıb.

Nəticədə yük maşınında sərnişin qismində olan Zaqatala rayon Yuxarı Tala kənd sakini Zaur Qaracayev xəsarət alıb. Yaralı Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qəzaya səbəb kimi yük avtomobilinin əyləc sistemində yaranan nasazlıq göstərilir.

Faktla bağlı araşdırma aparılır.