“40 pillə”də karantin qaydalarını pozanlar saxlanıldı – FOTO/VİDEO

“40 pillə”də karantin qaydalarını pozanlar saxlanıldı – FOTO/VİDEO
18:35 06-08-2020 | icon 151

Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi üçün polis əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib.

DİN-dən milletinsesi.info-a verilən xəbərə görə, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşları həmin kafeyə yollanıb.  

Baxış zamanı kafedə səkkiz nəfər müştərinin olduğunu aşkarlanıb. Kafedə müştəri qismində əyləşən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb. 

Kafenin sahibi və müştərilər barəsində toplanılan materiallara hüquqi qiymət verilməsi üçün  məhkəməyə göndərilib və onların hər biri inzibati qaydada cərimə ediliblər.

Həmin şəxslərə karantin dövründə növbəti dəfə qayda pozuntusuna yol verəcəkləri təqdirdə inzibati qaydada həbs ediləcəkləri barədə xəbərdarlıq edilib.