Lukaşenko seçkidəki rəqibini “bədbəxt qızcığaz” adlandırdı

Lukaşenko seçkidəki rəqibini “bədbəxt qızcığaz” adlandırdı
04:07 05-08-2020 | icon 114

Belarus Prezidenti Aleksandr Lukaşenko seçkilərdəki müxalif namizəd Svetlana Tixanovskaya və müttəfiqləri Veronika Tsepkalo, Mariya Kolesnikovanı “bədbəxt qızcığazlar” adlandırıb.

Bu barədə “BelTa” məlumat yayıb.

“Bu üç bədbəxt qızcığazı tapıblar, onlar oxuduqlarını, sizin onlara nə yazdığınızı anlamırlar. Onlar nə dediklərini və etdiklərini anlamırlar", - deyə A.Lukaşenko bildirib.

A.Lukaşenko bildirib ki, ölkədəki sabitliyi pozmaq üçün internet trolları və informasiya təxribatçılarından ibarət bir ordu fəaliyyət göstərir.