İtaliyada COVID-19-a real yoluxma sayı statistikanı altı dəfə üstələyib

İtaliyada COVID-19-a real yoluxma sayı statistikanı altı dəfə üstələyib
02:35 05-08-2020 | icon 127

İtaliyada indiyə qədər əslində nə qədər insanın koronavirusa yoluxduğunu müəyyən etmək üçün aparılan araşdırmanın nəticələri açıqlanıb.

“Haber Global”ın məlumatına görə, ortaya çıxan nəticə rəsmi rəqəmləri altı dəfə üstələyib.

İtaliya Səhiyyə Nazirliyi rəsmilərinin açıqlasında araşdırma çərçivəsində təxminən 65 min vətəndaşa anticisim testi keçirildiyi qeyd olunub.

Araşdırma nəticəsində indiyə qədər İtaliya əhalisinin 2,5 faizinin, yəni təxminən 1,5 milyon insanın koronavirusa yoluxduğu üzə çıxıb.