Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 279 yeni yoluxma 

Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 279 yeni yoluxma 
17:00 01-08-2020 | icon 583

Azərbaycanda koronavirus infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb. Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. 

Bildirilib ki, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.

Hazırda aktiv xəstə sayı 5229 nəfər təşkil edir.