Həmyerlimiz Londonda dinc aksiya zamanı ermənilərin təxribatlarından danışdı – FOTO/VİDEO

Həmyerlimiz Londonda dinc aksiya zamanı ermənilərin təxribatlarından danışdı – FOTO/VİDEO
19:35 28-07-2020 | icon 681

Bu günlərdə həmvətənlərimiz Ermənistanın silahlı təcavüzünə etiraz olaraq dünyanın müxtəlif şəhərlərində Azərbaycan dövlətinə və ordusuna dəstək aksiyaları keçirirlər.

Bu gün Londonda erməni təxribatı nəticəsində yenidən dava ilə başa çatan daha bir mitinq keçirilib. Londonda işləyən azərbaycanlı, beynəlxalq hüquq üzrə doktor Fərhad Mirzəyev Media.Az-a bu barədə daha geniş danışıb.

“Mitinqə gəldik, biz 300 nəfərdən çox idik, ermənilər isə təxminən 50 nəfərdilər. Yeri gəlmişkən türklər, qazaxlar, özbəklər, sloveniyalılar, britaniyalılar və digər millətlərin nümayəndələri azərbaycanlıları dəstəkləmək üçün gəlmişdilər. Ermənilər bizim daha çox olduğumuzu anladılar, ancaq bununla belə özlərini çox aqressiv apardılar. Azərbaycanlılar dinc aksiyaya meyilli idilər Ermənistanın hərbi təcavüzünə qarşı, dövlətimizə və ordumuza dəstək şüarları səsləndirdik”, - deyə F.Mirzəyev bildirib.

 
O bildirib ki, qəfildən ermənilər azərbaycanlılara şüşə və daş atmağa başlayıblar, lakin polis dərhal onları dayandırıb: “Bizi dayandırmaq üçün boş yerə hər cür cəhd göstərdilər. Xoşbəxtlikdən, zərərçəkən olmadı. Deyə bilərəm ki, erməni tərəfi bunu gözləmirdi, həmvətənlərimizlə çox qürur duyuram”.

Yeri gəlmişkən, bu, Londonda keçirilən ikinci dinc etiraz aksiyası idi, birincisi 17 iyulda keçirilmişdi: “O gün hadisələr olduqca dinc şəraitdə başladı. Biz dinc şəkildə erməni təcavüzünə qarşı şüarlar səsləndirdik. Lakin erməni tərəfi gözlənilmədən təxribata əl atdı. Bayrağımızı götürərək onu tapdalamaq istədilər. Təbii ki, biz də öz növbəmizdə müdaxilə etməyə bilməzdik. Qarışıqlıq başladı. Ermənilərdən biri səsgücləndirici ilə həmyerlimizin burnunu sındırdı. Əlbəttə biz də onlara cavab verdik, lakin biz aksiyada aqressiya nümayiş etdirmək üçün yox, Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq üçün iştirak edirdik. İngiltərə polisi toqquşmanı  dayandırmağa çalışırdı, onlar ermənilərin nümayiş etdirdiyi davranışa öyrəncəli deyillər. Polislər onlara xəbərdarlıq edərək bildirdilər ki, əgər onlar sakitləşməsələr və bayrağımızı qaytarmasalar, həbs olunacaqlar. Nəticədə polislərdən biri bayrağı götürdü və ehtiramla bizə qaytardı. O gün birliyimiz ilə qürur duydum!”- deyə F.Mirzəyev bildirdi.

Onun sözlərinə görə, mitinqdə iştirak edən azərbaycanlıların arasında hüquqşünaslar, alimlər, gənc mütəxəssislər və diasporumuzun digər nümayəndələri də olub. “Biz ermənilərdən daha çox idik. 30 nəfərə qarşı 120-yə yaxın adam. Ermənilər səfirliyi mühasirəyə aldılar, onların arasında yanlarında gəzən və onları dəstəkləyən bir keşiş də var idi”, -  deyə F.Mirzəyev bildirib.

Sonda, o, Londonda yaşayan ermənilərin Los-Anceles və Brüsseldə olduğu kimi yerli hüquq-mühafizə orqanlarından qorxduqlarını və azərbaycanlıları təhdid etmədiklərini deyib.