Fransada COVID-19-a qarşı maska ilə bağlı yeni qayda tətbiq olunacaq

Fransada COVID-19-a qarşı maska ilə bağlı yeni qayda tətbiq olunacaq
16:49 16-07-2020 | icon 161

Fransada gələn həftədən etibarən tibbi maskalardan istifadə qapalı tipli bütün ictimai yerlərdə məcburi olacaq.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Ölkənin baş naziri Jan Kasteks bildirib ki, əslində bu qaydanın avqustun 1-dən tətbiqi məsələsi nəzərdən keçirilib. Lakin sözügedən tarixin gec ola biləcəyi qənaətinə gəlinib və qaydaların növbəti həftədən etibarən qüvvəyə minməsi qərarı qəbul edilib.

Xatırladaq ki, buna qədər Fransada yalnız ictimai nəqliyyatda tibbi maskalardan istifadə məcburi olub.