Ermənistanın Mingəçeviri vurmaq iddiasına nazirlikdən SƏRT REAKSİYA: “Metsamor”... - RƏSMİ

Ermənistanın Mingəçeviri vurmaq iddiasına nazirlikdən SƏRT REAKSİYA: “Metsamor”... - RƏSMİ
16:07 16-07-2020 | icon 106

Ermənistan tərəfi Mingəçevir Su Anbarını vuracaqları barədə iddalar səsləndirib.

Bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirib ki,Mingəçevir Su Anbarının yeləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin, Hava Hücumundan Müdafiə qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir:

“Eyni zamanda, Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri “Metsamor” AES-ni yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər”.