Qurban Qurbanovun qardaşına medal verildi - FOTO

Qurban Qurbanovun qardaşına medal verildi - FOTO
15:56 16-07-2020 | icon 149

Peşəkar Futbol Liqasında I Divizionun 2019/2020 mövsümünün medalçıları mükafatlandırılıb.

milletinsesi.info xəbər verir ki, COVID-19 pandemiyasına görə kütləvi keçirilməyən tədbirdə əvvəlcə “Zaqatala” futbol klubunun prezidenti Musa Qurbanova (Qurban Qurbanovun böyük qardaşı – red.) bürünc medallar təqdim olunub.

Daha sonra gümüş mükafatçı, klubun idman direktoru Fərəc Əliyev və baş məşqçisi Mirbağır İsayevlə təmsil olunan “Səbail-2” medallarına qovuşub.

Tədbirdə çempion “Turan Tovuz”u klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev, baş məşqçi İlham Yadullayev və komandanın vitse-kapitanı Aqşin Muxtaroğlu təmsil edib. Qızıl medallar və kubok kapitana təqdim edilib.

Qeyd edək ki, futbolçuların medalları komandaların rəhbərliyi tərəfindən oyunçulara veriləcək.