Müəllimlərin işə qəbulu imtahanında kimlər iştirak edə bilər?

Müəllimlərin işə qəbulu imtahanında kimlər iştirak edə bilər?
15:21 16-07-2020 | icon 222

Uşaq birliyində çalışanlar, laborantlar, psixoloq və digər dövlət işlərində çalışan müəllim olmaq istəyən şəxslər müəllimlərin işə qəbulu imtahanında iştirak edə bilərlər.

milletinsesi.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov canlı yayımda müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.

O bildirib ki, bu istiqamətlərdə müəllim olmaq istəyən şəxslərə imkan yaradılacaq, müraciətdə heç bir məhdudiyyət yoxdur.

"Müddətli müqavilə ilə müəllimlərin daimiləşmə müsabiqəsi aprel-may aylarında keçirilib. Bu mərhələdə müsahibə onlayn qaydada keçirilib. Həmin təcrübənin müəllimlərin işə qəbulu müsabiqəsində də istifadə edilməsi gözlənilir". 

Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırovun sözlərinə görə, minlərlə insanı Bakıya dəvət etməyə ehtiyac yoxdur, onlayn şəkildə müsahibə etməklə yekun qərar veriləcək:

"Pandemiya şəraitində nəzarətçilərin və iştirakçıların sağlamlığının necə qorunması da insanları maraqlandırır. Bütün iştirakçılar COVİD-19 testindən keçiriləcək, imtahan mərkəzləri imtahandan əvvəl və sonra dezinfeksiya olunacaq. Bununla da, insanlar arasında yoluxma riskləri minimuma endiriləcək.

Ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün müraciət edən 56 min nəfərdən 42 min nəfəri test mərhələsində iştirak edib. Bu gün pandemiya dövrünü nəzərə alsaq, namizədlərin bir mərkəzdə bu şəkildə iştiakı mümkün deyil. Buna görə də, müraciət edən namiziədlərin imtahanlarda iştirakı fərqli şəkildə təşkil ediləcək”.

O bildirib ki, cari ildə iştirakçı sayı məhdudlaşdırılmaqla bir neçə məkanda imtahanlar keçiriləcək: “Bu istiqamətdə texniki təchizat işlərinə artıq start verilib. Səhər saatlarından başlayaraq, bu saata qədər 3 mindən artıq müraciət edilib. Sanitar-epidemioloji vəziyyət uyğun olarsa, yenidən müsabiqə təşkil edilə bilər”.

Qeyd edək ki, bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb və proses iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.