NATO-dan Minsk Qrupuna çağırış: “Lazımi tədbirlər görün”

NATO-dan Minsk Qrupuna çağırış: “Lazımi tədbirlər görün”
23:49 14-07-2020 | icon 121

NATO Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlikdən narahatlığını ifadə edib. 

Bununla bağlı NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay “Facebook” hesabında məlumat paylaşıb:

“Biz Ermənistan və Azərbaycan sərhədində baş verən, ağır silahların istifadə edildiyi və dinc sakinlərin öldüyü hadisələri narahatlıqla izləyirik. NATO Minsk Qrupunun həmsədrlərini tərəflər arasında gələcək eskalasiyanın qarşısını almaq üçün bütün lazımi tədbirlər görməyə çağırırıq”.