Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı - VİDEO

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı - VİDEO
15:49 13-07-2020 | icon 145

Rusiyanın Rostov vilayətində İŞİD terror qruplaşmasının Rusiya və Orta Asiya respublikalarının vətəndaşlarından ibarət altı üzvü saxlanılıb.

REN TV xəbər verir ki, əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən həyata keçirilib.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxslər polislərə və təhsil müəssisələrinə hücumlar təşkil etməyi planlaşdırıblar.