“Mançester Siti” azarkeşlərinə XOŞ XƏBƏR: Cəza ləğv edildi

“Mançester Siti” azarkeşlərinə XOŞ XƏBƏR: Cəza ləğv edildi
15:35 13-07-2020 | icon 179

“Mançester Siti” klubunun Çempionlar Liqası cəzası ləğv edildi.

İdman Arbitraj Məhkəməsi bugünkü iclasında İngiltərənin “Mançester Siti” klubunun avrokubok yarışlarında iştirak etməsi ilə bağlı müsbət qərar çıxarıb.

Sports.ru xəbər verir ki, məhkəmə İngiltərə klubunun verdiyi apelyasiya şikayətini təmin edib.

Qeyd edək ki, “Mançester Siti” maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən 2 illik avrokuboklardan uzaqlaşdırılmış və 30 milyon avro məbləğində cərimələnmişdi.

Beləliklə, klub növbəti mövsümdə Çempionlar Liqasında iştirak edəcək.