Ceyms Bond haqqında filmdən olan avtomobil satışa çıxarılıb - FOTO/VİDEO

Ceyms Bond haqqında filmdən olan avtomobil satışa çıxarılıb - FOTO/VİDEO
14:42 13-07-2020 | icon 1337

Ceyms Bond haqqında məşhur Hollivud ulduzu Pirs Brosnanın iştirakı ilə çəkilən və kult filmlərdən sayılan “Öl, amma indi yox” kino əsərindəki avtomobil satışa çıxarılır.

Bu barədə TMZ xəbər yayıb.

“Lamborghini Diablo”nun (1992-ci il) satışını Avropanın klassik avtomobillərinin satıcısı olan “Beverly Hills Car Club” elan edib.

Avtomobil “Agent 007” haqqında filmləri hazırlayan studiya tərəfindən istifadə edilib. Onlar onu 119 500 dollara (203 150 AZN) satmağa hazırdırlar.

Filmin süjetinə görə, “Lamborghini” filmin əsas canisi Qustav Qreyvs kimi tanınan polkovnik Tan-Sun Munun şəxsi maşınlarından biri idi.

“Ceyms Bond filmi həmişə gözəl maşınlar, ekzotik yerlər və əlbəttə, gözəl qadınlar haqqında olub. Bu, əla uzlaşmadır və həmin avtomobil də istisna deyil”, - deyə “Beverly Hills Car Club”ın sahibi və prezidenti Aleks Manos bildirib.