Əli Əhmədov: “Xalq yeni qəhrəmanlarını tanıdı”

Əli Əhmədov: “Xalq yeni qəhrəmanlarını tanıdı”
13:42 13-07-2020 | icon 1334

“Azərbaycan ordusu, cəngavər əsgərlərimiz azğınlaşmış erməni quldurlarının Tovuz istiqamətində təmas xəttində təxribatlarının qarşısını qəhrəmancasına aldılar, düşmənə layiqincə cavab verdilər”. 

Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra Katibi Əli Əhmədov “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, xalq yeni qəhrəmanlarını tanıdı: “Vətən uğrunda həlak olan baş leytenant Rəşad Mahmudovla, çavuş Vüqar Sadıqovla, baş əsgər Elşad Məmmədovla və əsgər Xəyyam Daşdəmirovla qürur duyuruq. Onların qanının yerdə qalmayacağına əminik. Allah şəhidlərimizə rəhmət etsin!”