İldırımın 16 yaşlı futbolçunu vurduğu an - VİDEO

İldırımın 16 yaşlı futbolçunu vurduğu an - VİDEO
02:14 07-07-2020 | icon 194

İnternetdə “Znamya Truda” klubunun futbolçusunu ildırım vurmasını əks etdirən görüntülər yayımlanıb.

REN TV xəbər verir ki, stadionun təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntülərdə 16 yaşlı qapıçının topa zərbə endirməyə çalışdığı an ildırım zərbəsinə tuş gəldiyi aydın görünür.

Qeyd edək ki, Moskva vilayətinin Orexovo-Zuyevo şəhərində yerli “Znamya Truda” futbol klubunun 16 yaşlı qapıçısı İvan Z.-ni məşq vaxtı ildırım vurub.

Yeniyetmə idmançı təcili olaraq xəstəxanaya çatdırılıb və hazırda komadadır.