Azərbaycanda təcili yardım avtomobili ağır qəza törətdi - ANBAAN VİDEO

Azərbaycanda təcili yardım avtomobili ağır qəza törətdi - ANBAAN VİDEO
00:28 07-07-2020 | icon 417

Zaqatalada təcili tibbi yardıma məxsus avtomobilin qəzaya uğramasının görüntüləri yayılıb.

milletinsesi.info xəbər verir ki, iyulun 4-də baş verən qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb.

Hadisəyə təcili yardım avtomobilinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. Belə ki, sayrışan işıqlardan istifadə etməyən TTY avtomobili dönən zaman qarşıdan gələn “VAZ 2109” markalı maşına yol verməyib və nəticədə toqquşma baş verib.

Qəza nəticəsində yaralıların olduğu bildirilib.

Həmin görüntüləri təqdim edirik:

Samir İsayev