“Dost qapısı”na gəldilər, cərimə olundular 

“Dost qapısı”na gəldilər, cərimə olundular 
22:21 06-07-2020 | icon 147

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.

Xətai RPİ-dən milletinsesi.info-a verilən məlumata görə, əməkdaşların keçirdiyi müvafiq tədbirlərlə rayonun Sadıqcan küçəsində yerləşən “Dost qapısı” kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarını pozan şəxslər saxlanılıblar.

Ümumilikdə yeddi nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin sahibi A.Novruzov 2000 manat, digərləri 200 manat cərimə olunublar.