XİN-in “qara qutusu” bülbül kimi ötübmü? – Anar Canəhmədovla Elxan Azayev də işdən çıxarıldı 

XİN-in “qara qutusu” bülbül kimi ötübmü? – Anar Canəhmədovla Elxan Azayev də işdən çıxarıldı 
21:49 04-07-2020 | icon 1562

XİN-nin “qara qutusu” Lamiyə Canəhmədovanın istintaqa verdiyi ilkin ifadələrdən sonra nazirliyin digər iki rəsmisinin – ABŞ ölkələri üzrə idarənin rəisi Anar Canəhmədovun və Avropa üzrə kurator Elxan Azayevin işdən çıxarıldığı xəbər verilir.
 
Ovqat.com-un məlumatına görə, hər iki idarə rəisinin həbsi gözlənilir.
 
Lamiyə Canəhmədovanın həyat yoldaşı olan Anar Canəhmədovun lobbiçilik fəaliyyəti üçün ayrılan vəsaitlərini mənimsəməsi barədə iddia var. Bu iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyi DTX-nın araşdırmalarından sonra bəlli olacaq. Ən dəhşətlisi odur ki, XİN-nin bütün maliyyə gücünü əlində cəmləşdirən və istədiyi kimi sənədləri saxtalaşdırmaqla milyonlar qazanan Canəhmədovlar cütlüyünün hətta diplomatlardan toplanan koronavirus yardımlarına da göz dikdiyi xəbər verilir. Təsdiqlənməmiş iddialar görə, yığılan vəsaitlərin demək olar böyük qismi fonda yatırılmayıb. 


 
Sosial şəbəkələrdə yayılmış səs yazısından məlum olur ki, Lamiyə Canəhmədova həqiqətən də hər diplomatdan 250 manat yığılmasını tələb edib və bunu nazirin göstərişi olduğunu bildirib. İddialara inansaq, minlərlə diplomatın bu çağırışa səs verməsinə və xeyli vəsaitin toplanmasına baxmayaraq, həmin vəsaitlərin taleyi barədə heç bir məlumat yoxdur. 


"Qara qutu"nun səsyazısı
 

Nazirliyin digər yetkilisi Elxan Azayevin fəaliyyəti də birbaşa Lamiyə Canəhmədovayla bağlıdır. Belə ki, vəzifəsi Avropadakı diplomatik fəaliyyəti tənzimləməkdən ibarət olan Elxan Azayev həm də nazirliyin Həmkarlar İttifaqı Komitəsinə sədr vəzifəsini icra edib. 2004-cü ildən bu vəzifədə çalışan Azayevin əsas işi isə guya səfirlərə ev tikmək olub. Onun 2008-ci ilin sentyabrında qurduğu "DİPLOMAT 2008" Mənzil Tikinti Kooperativi XİN-nin  hesabına guya səfirlərə iki bina tikib. Binalardan biri XİN-in arxasında, digəri isə Ağ şəhərdə yerləşir. Maraqlıdır ki, həmin binalardakı mənzillərin yalnız cüzi bir qismində diplomat yaşayır. Əksər hissəsi isə kvadrat metri 2500-3000 manata imkanlı adamlara satılıb. Canəhmədovların özlərinin isə həmin binalarda 3-4 mənzili olub.


 
Diplomatların xarici ölkələrdə kirayə pulunu belə mənimsəyən çetesnin oxuduqları bu məbləği əksər diplomatlar verə bilmədiyindən evsiz-eşiksiz qalıblar. Halbuki həmin binalar inşa olunanda onlara kvadrat metrinin 500-600 manata tikiləcəyi söz verilib. Çünki binaların xərcinin yarısından çoxu, hətta bəzi iddialara görə, 75%-i XİN-nin büdcəsindən ödənilib. Diplomatlar isə yerdə qalan hissəni ödəmək düşürmüş. Di gəl ki, XİN-nin maliyyə çetesi diplomatlara bu sahədə də güzəştə getməyiblər.
 
Xatırladaq ki, çetenin tikinti biznesini bir müddət əvvəl tanınmış jurnalist Cavanşir Həsənli ifşa edib. Jurnalist yazırdı:
 
Şirkət 25 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 33 A, 53-dür. Ofisi XİN-in Konsulluq İdarəsinin keçmiş binası ilə üzbəüzdə yerləşir.
Dövlət reyestri məlumatlarına görə qanuni təmsilçisi Elxan Çərkəz oğlu Azayevdir.


 
Şirkəti idarə edən Azayevin diplomat kimi fəaliyyətilə bağlı mənbələrdə heç bir məlumata rast gəlmək olmur. Onun adı bir neçə dəfə şirkətin satdığı mənzillərlə bağlı məhkəmə çəkişmələrində çəkilir. 
 
Şirkət daşınmaz əmlak bazarına bahalı mənzillər təqdim edir. Məsələn, "DİPLOMAT 2008" MTK tərəfindən Xarici İşlər Nazirliyinin arxasında, Yasamal rayonu 422-ci məhəllə, M.İbrahimov küçəsi 53 (Nizami metrosuna yaxin) ünvanında inşa edilmiş 20 mərtəbəli, 110 mənzilli binada 166 kv metrlik təmirsiz mənzil 600 min manat civarındadır. Şirkət Sumqayıtda iri ticarət mərkəzi tikib, hazırda Ağ Şəhərdə 1-ci fəvvarələr küçəsində 7 bloklu binaların tikintisini başa çatdırmaq üzrədir...