Azərbaycanda TIR-ın törətdiyi qəzanın görüntüləri - ANBAAN VİDEO

Azərbaycanda TIR-ın törətdiyi qəzanın görüntüləri - ANBAAN VİDEO
15:35 01-07-2020 | icon 8082

Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində dünən baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. 

milletinsesi.info xəbər verir ki, hadisə zamanı TIR üç avtomobili əzib. 

Qəzaya yük maşınının sürücüsünün idarəetməni itirməsi səbəb olub. 

Qəza zamanı TIR əvvəlcə yol kənarındakı dəmirlərə, daha sonra park halında olan BMW, “Mercedes” və “VAZ-2199” markalı avtomobillərə çırpılıb.

Xoşbəxtlikdən hadisə zamanı əzilən avtomobillərdə heç kim olmayıb. 

Qəza anı təhlükəsizlik kameralarına əks olunub. 

Həmin görüntüləri təqdim edirik:

Samir İsayev