“Qəbələ” ilə “Sabah” arasında daha bir anlaşma - RƏSMİ

“Qəbələ” ilə “Sabah” arasında daha bir anlaşma - RƏSMİ
13:28 04-06-2020 | icon 249

“Qəbələ”nin daha iki futbolçusu “Sabah” klubuna transfer olunacaq.

milletinsesi.info xəbər verir ki, bunlar 18 yaşlı Samir Məhərrəmli və 19 yaşlı İdris İnqilablıdır.

Yarımmüdafiəçilərin paytaxt klubuna keçidi ilə bağlı razılıq əldə olunub. “Qəbələ” və “Sabah” arasında razılaşma 2019/2020 mövsümünün ardından qüvvəyə minəcək. Həmin vaxtdan Samirlə İdris karyerasını Bakı təmsilçisində davam etdirəcək.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçilər Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvləridir. Hər iki oyunçu UEFA Gənclər Liqasında “Qəbələ”nin formasını geyinib. İ.İnqilablı cari mövsümdə əsas komandada da debüt edib. O, “qırmızı-qaralar”ın heyətində dörd matç keçirib.

Xatırladaq ki, bir müddət öncə Amin Seydiyevin də cari mövsüm başa çatdıqdan sonra “Sabah”a transferi ilə bağlı razılıq əldə olunub.