Lukaşenko yeni baş nazir təyin etdi

Lukaşenko yeni baş nazir təyin etdi
12:49 04-06-2020 | icon 148

Belarus Prezidenti Aleksandr Lukaşenko Roman Qolovçenkonu baş nazir təyin edib.

“Belta” xəbər verir ki, o, bundan əvvəl Dövlət Hərbi-Sənaye Komitəsinin sədri olub.

Qeyd edək ki, dünən Belarus prezidenti hökumətin buraxılması haqqında əmr imzalayıb.

A.Lukaşenko bildirib ki, respublikada hökumətdə edilən dəyişiklikdə inqilab olmayacaq.