Neftin pulları hara gedir?

Neftin pulları hara gedir?
11:25 03-06-2020 | icon 758

Həbib Müntəzir öz facebook profilində "neftin pulları hara gedir?" adlı yazı paylaşıb. Həmin araşdırma yazıda Həbib Müntəzir qeyd edib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aprelın 2-də “Naftalan Mərkəzi Sanatoriyası” MMC-ni qeydiyyata alıb:

"Şirkətin sahibi, qanuni təmsilçisi SOCAR-ın sosial məsələlər üzrə vitse-prezidenti, "Neftçi" MTK" tikinti şirkətinin rəhbəri Bədəl Bədəlovun 28 yaşlı oğlu Elvin Bədəlov təyin edilib. Bir az araşdırdım ki, kimdir bunlar, sərvət tökülüşdüyee.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mayın 31-də açıqladığı məlumata əsasən, şirkətin hüquqi ünvanı Bədəlovların Bakıda Bəhruz Nuriyev, 32 küçəsi, 79 ünvanındakı mənzilidir.

Mətbuatda sovet maşınları ilə avtoşluq edərək və bahalı avtomobilləri ilə gündəmə gələn qardaşı Elçin Bədəlov "Azərenerqoservis” MMC" şirkətinin rəhbəridir. Şirkətin qeydiyyatda olduğu ünvanda 10-a yaxın şirkəti də var.

Bədəlovların M. Rəsulzadə qəsəbəsindəki varlılar məhəlləsində villaları, mənzilləri, Mərdəkan, Naftalanda villaları, "Şam işığı" restoranı və böyük avtoservisləri, Naftalandakı Qaşaltı Müalicə və İstirahət Mərkəzi, hotel və restoranı, Safıkürd kəndi yaxınlığındakı ucu-bucağı görünməyən nar sahəsi də onlara aiddir.

Bundan əlavə xaricdə mülkləri, turizm-tikinti şirkətləri və bir neçə digər sahələrə yönəlmiş şirkətləri də var. 8 il Naftalanın icrabaşı olmuş Natiq Aslanov isə Bədəl Bədəlovun qaynıdır."

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Müəllif Həbib Müntəzir 

bedelov