Vahid Ələkbərov ilin ilk beş ayında beş milyard dollara yaxın pul itirib

Vahid Ələkbərov ilin ilk beş ayında beş milyard dollara yaxın pul itirib
03:35 02-06-2020 | icon 116

2020-ci ilin yanvar-may aylarında dünyanın ən zəngin rusiyalılarının sərvəti 31,48 milyard dollar azalıb.

Bu barədə “Bloomberg Billionaires Index”in göstəricilərinə əsasən məlum olub.

Reytinqə görə, hamıdan çox sərvət itirənlər “Novateka”nın sahiblərindən biri Leonid Mixelson və “Novateka” ilə “Sibur” şirkətlərində pay sahibi olan Gennadi Timçenkodur.

“Nornikel” şirkətinin sahiblərindən biri Vladimir Potanin isə bu dövrdə sərvətini 317 milyon dollar artıra bilib. Beləliklə o, sözügedən reytinqdə 28,4 milyard dollar sərvətə sahib olmaqla ən varlı rusiyalıya çevrilib.

İkinci ən zəngin rusiyalı olan Leonid Mixelson 5,74 milyard dollar itirərək, hazırda 18,8 milyard dollarlıq sərvətin sahibidir.

Milyarder Vladimir Lisinin sərvəti ilin ilk beş ayında 3,11 milyard dollar azalıb və 18,3 milyard dollara bərabər olub.

İlin əvvəlindən indiyə qədər 4,79 milyard dollar itirən Vahid Ələkbərovun sərvəti isə reytinqə əsasən, 17,5 milyard dollar təşkil edib.